Dünya

NATO-dan Türkiyə açıqlaması: üzv ölkələr ilə birlikdə…

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədə baş verən zəlzələlərə görə alyans ölkələrinin Türkiyə ilə güclü həmrəylik içində olduğunu bildirib.

Jamaz.info xəbər verir ki, Stoltenberq fevralın 14-15-də Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı üçün mətbuat konfransına Türkiyədə baş verən zəlzələlərə toxunmaqla başlayıb.

“Düşüncələrimiz türk xalqının yanındadır”, – Stoltenberq deyib.

Baş katib NATO-ya üzv ölkələrin axtarış-xilasetmə işçiləri, yanğınsöndürənlər, səhiyyə işçiləri və zəlzələ ekspertləri kimi çoxlu yardım işçisini Türkiyəyə göndərdiyini bildirib.

NATO ölkələrinin Türkiyəyə müxtəlif sığınacaq dəstəyi verəcəklərini ifadə edən Stoltenberq, “Müttəfiqimiz Türkiyə ilə güclü həmrəyliyik” – deyə əlavə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button