Dünya

“Moskvanı əks tədbirlər görməyə məcbur edir”

“Parisin uzaqmənzilli raketləri Kiyevə təhvil verməsi Ukrayna üçün fəsadlarla deməkdir, çünki bu, Moskvanı əks tədbirlər görməyə məcbur edir”.
Jamaz.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, hansı radiusdan danışdığımızı dəqiqləşdirmək və aydınlaşdırmaq lazımdır. Bu, bizim nöqteyi-nəzərimizdən Ukrayna tərəfi üçün fəsadlarla dolu səhv qərardır. Çünki, təbii ki, bu, bizi əks tədbirlər görməyə məcbur edəcək”., – deyə Peskov xəbərdarlıq edib.
Onun sözlərinə görə, Qərbin Ukraynaya yeni silahlar verməsi onun taleyini daha da ağırlaşdırır:
“Bu qərarlar xüsusi hərbi əməliyyat daxilində hadisələrin gedişatına təsir göstərə bilməz, təsir edə bilməz. Onlar Ukrayna, Kiyev rejiminin taleyini ancaq ağırlaşdıra bilər”.
Qeyd edək ki, bu gün Fransa Prezidenti Emmanuel Makron Parisin Kiyevə uzaqmənzilli raketlər göndərəcəyini bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button