Dünya

“Moskva danışıqlara hazırdır” – Putin

Rusiya lideri Vladimir Putin iştirak etdiyi İkinci Rusiya-Afrika sammitində Rusiyanın danışıqlara hazır olduğunu dəfələrlə bəyan etdiyini bildirib.
Jamaz.info
“TASS”a istinadən xəbər verir ki, Putin ABŞ və NATO-nun bütün ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi məsələsində Rusiya ilə danışıqlardan imtina etdiyini deyib.
“Bütün ziddiyyətlər danışıqlar yolu ilə həll edilməlidir, lakin problem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər. Münaqişənin əsasında ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə təhdidlər yaradılması dayanır və onlar, bir daha deyirəm, danışıqlardan imtina edirlər. Bu, rəsmi olaraq açıqlanıb və Ukrayna prezidenti bu məsələ ilə bağlı danışıqları qadağan edən fərman qəbul edib”, – deyə Putin qeyd edib.
Putin afrikalı həmkarlarına məsələyə göstərdikləri diqqətə görə təşəkkür edib və əlavə edib ki, qarşı tərəflə də dialoq aparmaq lazımdır.
Xatırladaq ki, İkinci Rusiya-Afrika sammiti 27-28 iyul tarixlərində Sankt-Peterburqun “Expoforum” konqres mərkəzində keçirilir. Tədbirə paralel olaraq iqtisadi və humanitar forum keçirilir. Əvvəlki sammit kimi, qarşıdakı sammit də “Sülh, Təhlükəsizlik və İnkişaf naminə” devizi altında keçiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button