Dünya

Merkeldən Putinlə bağlı etiraf: “Onu inandırmağa gücüm çatmadı”

Angela Merkelin Putinlə bağlı etirafı dünya mediasının gündəmini zəbt edib.
 
Jamaz.info xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin Almaniyanın “Der Spiegel” nəşrinə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlaması dünya mətbuatında gündəm olub.
Putinlə vəzifədə olduğu son günlərdə görüşdüyünü deyən Merkel onu heç cür Ukrayna ilə müharibəyə başlamaması mövzusunda razı sala bilmədiyini deyib: “Mənim bu danışıqları aparıb ona təsir edəcək gücüm yox idi. Axı hamı bilirdi ki, payızda gedəcəyəm”.
Merkel 2021-ci ilin yayında Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Putinlə ikitərəfli danışıqlar təşkil etməyə çalışdığını, lakin Putini yola gətirə bilmədiyini deyib.
Rusiya lideri ilə son görüşünü dəyərləndirən Merkel, “Onun hissiyyatı çox açıq və dəqiq idi. Putin üçün önəmli olan gücdür” deyib.
Bundan əlavə, Merkel qeyd edib ki, digər danışıqlardan fərqli olaraq, onların sonuncu görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da onlarla birlikdə olub.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button