Dünya

Makronun bu çıxışı rusları sevindirdi: “Çoxdandır ki, bunu eşitmirdik…”

“Makron ABŞ-ı sərt tənqid edib”.

Jamaz.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində nüvə silahının başqa dövlətlərdə yerləşdirilməsinin əleyhinə çıxış edən Fransa prezidenti Emmanuel Makronun sözlərini şərh edərkən deyib.

“Biz çoxdandır ki, Fransa prezidentinin Amerika Birləşmiş Ştatlarına qarşı belə sərt tənqidini eşitmirdik”, – Peskov bildirib.

Bundan əvvəl Çin prezidenti Si Cinpinlə keçirdiyi mətbuat konfransında Makron bildirib ki, “nüvə silahı onlara sahib olan ölkələrdən kənarda, xüsusən də Avropada yerləşdirilməməlidir”.

Mətbuat konfransı zamanı siyasətçi onu da vurğulayıb ki, Fransa Ukrayna münaqişəsi zamanı nüvə silahından istifadə edilməməsi ilə bağlı Çinin mövqeyini bölüşür. O əlavə edib ki, onun tətbiqinin istisna edilməsi nüvə sahəsində beynəlxalq müqavilələrə riayət olunmasını nəzərdə tutur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button