Dünya

Makron Si Szinpini Putini “ağıllandırmağa” çağırdı

Fransa prezidenti Emmanuel Makron cümə axşamı Çinə dövlət səfərinə ölkənin lideri Si Szinpini Ukraynada sülhün bərpasına kömək etmək üçün öz təsirindən istifadə etməyə çağırmaqla başlayıb.
Jmaz.info xəbər verir ki, bu barədə “The Moscow Times” yazır.
Onun fikrincə, Çin prezidenti bütün tərəfləri, o cümlədən prezident Vladimir Putini müharibənin dayandırılması məsələsinin müzakirəsinə cəlb edə bilər:
“Mən bilirəm ki, sizin Rusiyanı ağıllandıracağınıza və hamını danışıqlar masası arxasına yığacağınıza ümid edə bilərəm”.
Si ilə görüşə başlamazdan əvvəl Makron “Twitter” səhifəsində “Çin sülhün qurulmasında mühüm rol oynaya bilər” yazıb.
Yüksək rütbəli Fransa rəsmisi Bloomberg-ə bildirib ki, prezident Çinin Rusiya ilə sıx əməkdaşlıqdan əl çəkəcəyini gözləmir, lakin hələ də Pekindən sülh prosesində mənalı addımlar üçün fürsət görür.
Makron və Si ilk görüşdən sonra Rusiya və Ukrayna arasında sülh danışıqlarına “mümkün qədər tez” başlamağa çağırıblar və münaqişədə nüvə silahından istifadə edilməməli olduğunu bildiriblər. Si əlavə edib ki, bütün ölkələr ondan istifadə etməmək öhdəliyinə əməl etməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button