Dünya

Makron iğtişaşlara səbəb olan qanunu imzaladı

Fransa prezidenti Emmanuel Makron pensiya yaşının artırılmasını nəzərdə tutan pensiya islahatı qanununu imzalayıb.

Jamaz.info xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Makronun imzası ilə qanun qüvvəyə minib. Beləliklə, Fransada pensiya yaşı 62-dan 64-ə qaldırılıb.

Qeyd edək ki, qanun layihəsi ölkədə genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olub. Fransa hökuməti pensiya büdcəsi kəsirinin qarşısını almaq üçün islahatın həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button