Dünya

Macarıstanla Ukrayna müharibə astanasında

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukrayna Rusiya neftinin ölkəyə tədarük edildiyi “Dostluq” kəmərini partlatmaq niyyətinə görə Macarıstanın suverenliyini təhdid edir.
Jamaz.info xəbər verir ki, bu barədə Siyarto çərşənbə günü Macarıstanın Avstriyadakı səfirliyində çıxışı zamanı bildirib.
Macarıstan diplomatiyasının rəhbərinin sözlərinə görə, Ukrayna “Macarıstanla getdikcə daha çox düşmənçilik edir” ona görə ki, sentyabrın 1-dən “Zakarpatyedə macar məktəbləri işləyə bilməyəcək” və Ukrayna Macarıstanın OTP bankını terrorizmin beynəlxalq sponsorları siyahısına daxil edib.
Bundan əlavə, Siyarto Ukrayna prezidenti Volodimir Zelenskinin Macarıstanı neftlə təmin edən “Drujba” neft kəmərini partlatmaq istəyi barədə “The Washington Post” nəşrinin məqaləsinə istinad edib.
Macarıstanın hökumətyönlü “Origo” nəşrində çərşənbə günü səhər dərc olunan məqalə diqqəti cəlb edib. Orada iddia edilir ki, “Dostluğ”un partladılmasına Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən razılıq verilib.
“Belə təhlükə Macarıstanın suverenliyinə ziddir, belə ki, enerji təchizatının təhlükəsizliyi suverenlik məsələsidir. Əgər kimsə Macarıstanı enerji ilə təmin etməyin mümkünsüzlüyünə çağırırsa, o, əslində Macarıstanın suverenliyinə zərbə vurmuş olur”, – Siyarto bildirib.
O, həmçinin OTP Bank-ı terrorizmin beynəlxalq sponsoru statusunu ləğv edənə qədər Ukraynaya Avropa İttifaqı səviyyəsində istənilən hərbi yardımın qarşısını alacağını vəd edib.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button