Dünya

Məhkəmə İmran Xanla bağlı hökm çıxardı

İslamabad məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanı fırıldaqçılıq işi üzrə 3 il həbs cəzasına məhkum edib.

Jamaz.info xəbər verir ki, məlumatda qeyd olunur ki, iş Toşaxan dövlət xəzinəsində saxlanılan qiymətli əşyaların satışı ilə bağlıdır. 2023-cü ilin mayında Pakistan məhkəməsi xarici dövlət başçılarının hədiyyələrini satdığına görə sabiq baş nazirin həbsinə dair orderi bərpa edib. Mayın 9-da İmran Xan Milli Hesabat Bürosu (İqtisadi Kəşfiyyat) tərəfindən saxlanılıb.

Mayın 10-da İslamabad məhkəməsi Xanı səkkiz sutkalıq həbs edib. Daha sonra Pakistanın Ali Məhkəməsi onun həbsini qanunsuz hesab edərək, sabiq baş nazirin dərhal azadlığa buraxılmasını əmr edib.

Mayın 12-də İslamabadın Ali Məhkəməsi Xanı girov müqabilində azad edib. Hakimlər kollegiyası Xanın girov müqabilində azadlığa buraxılmasını əvvəlcə iki həftəlik müddətə, mayın 26-na kimi təsdiqləyib, sonra isə müddətini dəfələrlə uzadıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button