Dünya

Luqanskda separatçılarla yerli qüvvələr arasında qarşıdurma: Ukrayna “milli qüvvələri” silahlandırır

Luqanskda vəziyyıət pisləışməıyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Ukrayna ordusu dünən Krım rayonu və Ozeryanovski qəsəbəsindəki Luqanski separatçılarının mövqelərini atəşə tutublar.

Luqansk “Federal Xidməti”nin yaydığı məlumata görə, 120 və 82 mm-lik minatanlardan açılan atəş nəticəsində separatçılardan biri ölüb. Bundan başqa, hər iki rayonun elektriklə təhciz edən məntəqə dağıdılıb.

Bundan başqa, Luqanskda bir qrup şəxs seprataçılara qarşı döyüşmək üçün Ukrayna ordusundan dəstək istəyib. Belə ki, onlar silah və sursata ehtiyacları olduqlarını bildiriblər. Dünəndən etibarən Ukrayna tərəfi həmin qüvvələrin silahlandırılması üçün addımlar atmağa başlayıblar. Həmin qüvvələrə tank əleyhinə qumbaratanlar, müxtəlif çaplı silahlar və onların sursatı verilib.

Luqansk separatçıları bununla bağlı xəbər tutduqdan sonra araşdırmalara başlayıb. Onlar müəyyən ediblər ki, silahlar əsasən valantyorlar vasitəsi ilə və təmas xəttinə yaxın ərazilərdəki gizli yerlərə qoyulmaqla çatdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button