Dünya

Londondan Moskvaya tələb: Qoşunlarınızı çıxarmasanız…

Rusiya ordusu Ukrayna ərazisini tərk edərsə, Böyük Britaniya hərbi təyyarələrini Kiyevə təhvil verməyə hazırdır.

Jamaz.info xəbər verir ki, bu barədə “The Telegraph” qəzetinə Britaniya Kral Hərbi Hava Qüvvələrindəki mənbələr məlumat verib.

Nəşrin həmsöhbətinə görə, “Ukraynaya hava məkanında patrulluq etmək üçün döyüş təyyarələri lazım ola bilər”. Onlar qeyd ediblər ki, Kiyevə hərbi təhdidlərdən qorunmaq üçün səmaya nəzarət etmək məqsədilə təyyarələrə ehtiyac olacaq. Lakin bildirilib ki, bu, Rusiya qüvvələrinin Ukrayna ərazisini tərk etməsindən sonra mümkün olacaq.

Nəşrin yazdığına görə, Britaniya ordusunda gərginlik Kral Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinə çox az kömək etmələri səbəbindən yaranıb. Xüsusilə, Ukraynaya silah tədarükü məsələsi ortaya çıxır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button