Dünya

Krımda partlayış – Sakinləri təxliyə olunur

İşğal altında olan Krım regionunun qondarma rəhbərliyi yanan silah-sursat anbarının yaxınlığındakı dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə edir.

Jamaz.info xəbər verir ki, bu barədə regionun qondarma rəhbəri Sergey Aksenov bildirib.

O, yarımadanın şərqində yerləşən poliqon ətrafındakı ərazilərdən dörd yaşayış məntəqəsinin 2 min sakininin təxliyə olunacağını açıqlayıb.

Məlumata görə, hazırda Kirovski rayonundakı təlim poliqonunda Rusiya ordusunun silah-sursat anbarı yanır. Yanğına güclü partlayış səbəb olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button