Dünya

Krım körpüsündə insident – Hərəkət dayandırılıb, ölənlər var

Krım körpüsündə “fövqəladə vəziyyət” səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Jamaz.info xəbər verir ki, bu barədə Rusiya tərəfindən Krıma təyin edilən “qubernator” Sergey Aksenov bildirib.

O qeyd edib ki, fövqəladə vəziyyət Krım yarımadasını Rusiyanın Krasnodar bölgəsi ilə birləşdirən körpünün 145-ci sütununda baş verib. Aksenov fövqəladə vəziyyətin nə olduğunu açıqlamayıb və daha ətraflı məlumat verməyib.

“RBC-Ukrayna” xəbər agentliyi körpüdə partlayış səslərinin eşidildiyini yazıb. “Vaqner” muzdlu qruplaşmasına bağlı “Boz Zona” teleqram kanalı səhər saat 03:04-də və 03:20-də körpüyə iki zərbə dəydiyini iddia edib.

Həm Aksenov, həm də Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratev körpüdəki fövqəladə vəziyyətin aradan qaldırılması üçün öz bölgələrində operativ qərargah yaratdıqlarını bildiriblər. Yerli qurumlar sakinləri körpüdən keçməməyə çağırıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, insident nəticəsində Belqorod vilayətindən olan ər-arvad ölüb, onların qızı orta-ağır bədən xəsarətləri alıb.

Rusiya hakimiyyinə yaxın “Baza” teleqram kanalı hadisə yerindən fotolar paylaşıb. (modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button