Dünya

Krım körpüsü necə partladıldı? – Əməliyyatın detalları

Krım körpüsünə gecə hücumu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin birgə həyata keçirdiyi xüsusi əməliyyatın nəticəsidir.
Jamaz.info xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya Təhlükəsizlik Xidmətindəki mənbələr məlumat verib.
“Körpüyə dənizdə hərəkət edən dronlarla hücum edilib. Hədəfə çatmaq çətin idi, amma sonda bunu nail olundu”, – deyə adını açıqlamayan mənbə bildirib.
“RBK-Ukrayna” digər təfərrüatlara aydınlıq gətirməyib.
Mash Telegram kanalı da iddia edir ki, Krım körpüsü modernləşdirilmiş su dronları tərəfindən hücuma məruz qalıb. Qeyd olunur ki, bu, hələlik istintaqın əsas versiyasıdır:
“Bizdə olan məlumata görə, 145-ci sütunun yaxınlığındakı hücum zonasında su motosikllərinin (hidrosiklet) parçaları tapılıb. Ukrqayna Silahlı qüvvələri məhz onları partlayıcı maddələrlə yüklənən PUA-larla modernləşdirib. Onlar hədəfə doğru demək olar ki, suyun altı ilə gedirlər. Suyun səthində hidroskletlər cəmi bir neçə santimetr görünür”.
Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığının spikeri Natalya Qumenyuk isə bu gün səhər bildirib ki, Krım körpüsündə baş verən partlayış taxıl sazişinin müzakirəsi fonunda Rusiyanın təxribatı ola bilər.
Bu arada, Krım körpüsü ilə qatarların hərəkəti bərpa edilib. Belə ki, Simferopol-Moskva qatarı Krasnodar diyarına doğru yola düşüb.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button