Dünya

Kremlin İrəvandakı elçisi: “Ermənistanın başı üzərindən heç bir iş görülməyəcək”

“Kommunikasiyaların açılması prosesində Ermənistanın baş üzərindən heç bir iş görülməyəcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, İrəvan, Moskva və Bakı arasında bir il əvvəl bağlanmış müqavilələr problemsiz işləyir. “Münaqişə potensialı, onilliklər ərzində yığılan emosional gərginlik, bir il əvvəl baş vermiş faciə fonunda deyə bilərik ki, sazişlər işləyir və mühüm rol oynayır. Bu gün qan tökülməsinin qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və vəziyyətdən çıxış yollarını axtarmaq baxımından əhəmiyyətlidir”.

Səfir xatırladıb ki, əldə olunmuş razılaşmalara əsasən kommunikasiyaların açılması üçün işçi qrup yaradılıb. Kopırkinin sözlərinə görə, proses asan deyil. “Kommunikasiyaların açılması üçün müxtəlif variantların müzakirəsi aparılır. Bütün işlər hər iki tərəfin maraqlarına əsaslanan dialoq üzərində qurulur. Söhbət kiməsə nəyisə sırımaqdan deyil, maraqlar tarazlığından, həm bu, həm də digər tərəf üçün faydalı olacaq bəzi kompromis variantlarından gedir. Ona görə də, hər şey istədiyimiz qədər tez baş vermir. Bu işdə vacib amil ortaq təmas nöqtələrini tapmaqdır. Erməni xalqından gizlin, onun başı üzərindən, maraqlarını nəzərə almadan heç bir razılaşma olmayacaq. Onlar xəyanətindən qorxduqları üçün deyim ki, heç bir sövdələşmə yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button