Dünya

Kreml planını işə saldı: Rusiya qüvvələrini Koçaryanın ətrafında birləşdirir

Ermənistanda növbədənkənar parlament seçkilərində hadisələr sürətlə dəyişməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, əsas namizədlərdən biri olan, hazırda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın son günlər reytinqinin yüksəlməsi Rusiyanı narahat etməyə başlayıb.

Belə ki, iyunun 12-nə kimi ümumi səslərin 22.4 faizini toplayacağı ehtimal edilən Paşinyan, Azərbaycanın 15 əsiri verməsindən sonra reytinqini xeyli artırıb. Hazırda baş nazirin seçkilərdə toplayacağı səslərin 30 faizə yaxınlaşdığı deyilir.

Qeyd edək ki, Rusiya baş verənlərdən ciddi narahat olduğunu atdığı son addımlarla büruzə verməyə başlayıb. 12 iyun olayından sonra Kremlin dəstək verdiyi Robert Koçaryanın nüfuzu aşağı düşməyə başlayıb. Bunun ardından isə Moskva əlindəki imkanları işə salaraq, Ermənistandakı və kənardakı bütün qüvvələrini Koçaryanın ətrafına toplamağa başlayıb.

Bildirək ki, bu gün səhər Ermənistanın sabiq baş naziri Karen Karapetyan Koçaryanı dəstəklədiyini bəyan edib və hamını ona səs verməyə çağırıb. Bu hadisədən sonra sabiq prezidentin yaratdığı “Haystan” blokuna ruspərəst partiyaların da qoşualacağı gözlənilir. Hətta bununla bağlı, bir sıra partiyalarda məsləhətləşmələrin getdiyinə dair məlumatlar da yayılıb.

Günün sonuna yaxın isə Rusiya daha bir adamını üzə çıxararaq, Koçaryana dəstək verdirib. Həmin şəxs Rusiyada yaşayan milyonçu, “Monarx” Şirkətlər Qrupunun rəhbəri  Sergey Abarsumyandır. O, az öncə ermənilərə müraciət edərək, onları Koçaryana dəstək verməyə çağırıb.

Qeyd edək ki, yerli ekspertlər Kkremlin bu addımını Koçaryanın yaratdığı blokun nüfuzdan düşməsi ilə izah edirlər. Onlar bildirirlər ki, Rusiya hazırda Ermənistanda iki əsas planından birinin həyata keçməsinə çalışır. Həmin planlardan biri Koçaryanın seçkilərdə qalib gəlməsidir. Ki, onun təkbaşına hökumət qurması Moskvanın bilavasitə marağındadır. İkinci plan isə odur ki, “Haystan” blokundan daha çox namizədin parlamentə düşməsinə nail olmaqdır ki, gələcəkdə Paşinyanın təkbaşına və sərbəst hərəkət etməsinə imkan verməsinlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button