Dünya

Konqreslə Ağ Ev razılığa gələ bilmədi

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, ABŞ prezidenti Co Baydenlə dövlət borcunun artırılması məsələsində razılığa gəlinməyib.

Jamaz.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Bizim hələ ki, razılaşmamız yoxdur”, – o deyib.

Siyasətçi əlavə edib ki, onların Baydenlə son görüşü əvvəlkilərdən daha yaxşı olub. Makkarti vurğulayıb ki, müdafiə xərclərini azaltmağı təklif etmək niyyətində deyil. Lakin dövlət borcunun artmasına qarşı olduğunu qeyd edib və Vaşinqtonu xərclərini dəyişməyə çağırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button