Dünya

Köməkçiləri Baydeni gizli şəkildə Ukraynaya keçiriblər?

ABŞ Prezidenti Co Baydenin köməkçiləri Polşaya səfəri çərçivəsində onu sərhəddən gizli şəkildə Ukraynaya keçirməyə cəhd ediblər.

Jamaz.info xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Materialda qeyd olunur ki, Bayden hələ də Ukraynaya səfər etməyən sonuncu Qərb lideridir. Çünki bunun üçün qatarla 10 saatlıq səfər və ya cəsarətli uçuş tələb olunur. Əksər köməkçilər Baydenin təhlükəsizliyi üçün riskin buna dəymədiyini və səfərin demək olar ki, istisna olunduğunu əsaslandırıblar. Amma bu baş verə bilər.

Eyni zamanda Ukrayna mətbuatı bu gün Kiyevdə görünməmiş təhlükəsizlik tədbirlərinin müşahidə edildiyini yazır. Şəhərin mərkəzi magistral yolları bağlanıb və bu, digər yollarda böyük tıxaclara səbəb olub. Yerli sakinlər xarici nümayəndə heyətlərinin bir neçə kortejini gördüklərini iddia edirlər. Bununla belə, bunun Co Baydenin korteji olub-olmadığına dair heç bir məlumat yoxdur.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button