Dünya

Kiyevdən Rusiyada baş verənlərə reaksiya

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyada baş verən hadisələrə münasibət bildirib.

Jamaz.info xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

“Priqojinin Rusiya ərazisindəki terrorla mübarizə əməliyyatı indidən Rostov, bir neçə federal avtomagistral, Cənub Hərbi Dairəsinin qərargahının ələ keçirilməsinə gətirib çıxarıb. Olaylar Rusiyada geniş əks-səda verib. Elita arasındakı uçurum çox aşkardır. Qəbul etmək və hər şeyin artıq həll edilmiş olması kimi davranmaq işə yaramaz. Mütləq kimsə uduzmalıdır. Ya Priqojin, ya da kollektiv Priqojin əleyhdarları. Rusiyada hər şey hələ indi başlayır”, – Mixaylo Podolyak bildirib.

Qeyd edək ki, ötən gün “Vaqner” rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib. Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür. Digər məlumata görə, “Vaqner”in rəhbəri Yevgeni Priqojin Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi iddia olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button