Dünya

Kiyev Rusiyanın Sibirdəki obyektlərinə hücum edə bilər

Ukrayna Silahlı Qüvvələri (APU) Rusiyadakı, o cümlədən Sibirdəki hədəflərə hücum edə bilər.

Jamaz.info “Financial Times”a istinadla xəbər verir ki, belə bir hədə Kiyevin adı açıqlanmayan müdafiə müşaviri tərəfindən edilib.

Onun sözlərinə görə, pilotsuz təyyarələrdən istifadə edilən bu cür hücumlar Ukraynaya münaqişədə qalib gəlməyə kömək etməyəcək, lakin “Rusiya ərazisinə təsir göstərmək əməliyyatlarına” təsir edə bilər. Eyni zamanda o bildirib ki, Qərb dövlətləri bu cür hərəkətləri dəstəkləmir.

Onun, haqqında danışdığı pilotsuz təyyarələr hökumətlə özəl sektorun birgə təşəbbüsüdür. Onlar Ukroboronprom modelləri və ya dəyişdirilmiş sovet dronları deyil.

Jurnalın yazdığına görə, Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələrin yaradılmasında iştirak edən ukraynalı mühəndis bildirib ki, rusiya aerodromlarına hücum edən pilotsuz təyyarələr səs sürətinə yaxın sürətlə uça bilir. Həmçinin belə avadanlıqların istehsalı üçün vaxt lazımdır.

Dekabrın 5-də Ryazan və Saratov vilayətlərində aşağı hündürlükdə uçan Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button