Dünya

Kiyev hava məkanına nəzarəti itirmək riski ilə üzləşir

“Ukrayna ordusu atəş gücü çatışmazlığı ilə üzləşib”.

Jamaz.info xəbər verir ki, bunu “The Times”ın köşə yazarı Ketrin Filp öz məqaləsində qeyd edib.

“Qərb əlavə silah tələbinə cavab verməsə, Kiyev öz hava məkanına nəzarəti itirmək riski ilə üzləşir”, – o yazıb.

Filpin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində zenit sursatlarının olmaması o qədər kəskindir ki, Ukrayna gələn ayın əvvəlində səmaya nəzarəti itirə bilər. Eyni zamanda müəllif Pentaqonun şəbəkəyə sızan məxfi sənədlərinə istinad edib.

Məqalədə həmçinin bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun PUA-ları ilə necə davranmağı öyrənib və bu, onların istifadəsini təhlükə altına qoyur. Filp qeyd edir ki, bu, sonda Ukrayna artilleriyasını hədəfə almaqda çətinliklərə gətirib çıxaracaq və daha çox mərmi istifadəsini tələb edəcək ki, bu da məhduddur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button