Dünya

Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü

“Millət” koalisiyası Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Jamaz.info xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Xatırladaq ki, martın 6-da Türkiyə müxalifəti may ayında keçiriləcək prezident seçkilərinə gedəcək vahid namizədlə bağlı razılığa gəlmişdi. Bu, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğludur.

Türkiyədə ümumi (həm prezident, həm də parlament) seçkiləri mayın 14-nə təyin edilib. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan Respublika İttifaqından namizəd olub. Onun rəqibi isə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğludur, o, “Millət” koalisiyasının vahid namizədi elan edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button