Dünya

Karantin tədbirləri yumşaldıldı

Çin Xalq Respublikasında koronovirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejiminin tələbləri qismən yumşaldılıb.

Jamaz.info xəbər verir ki, yumşalma hələlik sadəcə paytaxt Pekin şəhərini əhatə edir.

Qərara əsasən, Pekində supermarketlərə, kommersiya fəaliyyəti ilə məşğul olan qurumların yerləşdiyi binalara, həmçinin bəzi ictimai məkanlara daxil olmaq üçün “PCR” test tələbi ləğv olunub.

Məlumata görə, sözügedən yumşalma qərarı insanların genişmiqyaslı etirazlarından sonra qəbul edilib.

Bildirilib ki, yaxın vaxtlarda karantin rejimi ilə bağlı yeni yumşalma qərarlarının qəbul olunacağı və təkcə paytaxtı yox, bütün ölkə əhalisini əhatə etməsi gözlənilir.

Qeyd edək ki, noyabrın sonunda Çinin Sintszyan-Uyğur muxtar rayonunun paytaxtı Urumçidə giriş-çıxışı qapadılmış binada baş verən yanğında köməksiz vəziyyətdə qalan sakinlərin həyatını itirməsi və yanğına müdaxilə edilməsinin mümkün olmaması Çin şəhərlərində böyük etiraz aksiyalarının keçirilməsinə səbəb olmuşdu.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button