Dünya

Kahramanmaraşda meşə yanğını – Helikopterlər cəlb edildi

Türkiyənin Kahramanmaraş vilayətinin Onikisubat rayonunda meşə yanğını başlayıb.

Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, yanğına havadan və qurudan müdaxilə edilir.

Bulutoğlu Məhəlləsi çölündə meşə yanğınını görən vətəndaşlar vəziyyəti səlahiyyətlilərə xəbər verib.

Bölgəyə Kahramanmaraş Meşə Region İdarəsinə bağlı 2 helikopter, 6 su çiləyici maşın və 2 su çəni göndərilib.

Yanğınsöndürmə işləri davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button