Dünya

İstanbulda “əcinnə ovu”: 6 agent saxlanıldı

Dünəndən etibarən Türkiyənin Milli İstihbarat Təşkilatı və İstanbul Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları cəsus əməliyyatına başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, İstanbulun Başakşehir, Sarıyer və Küçükçekme rayonlarında, habelə Antaliyada keçirilən əməliyyatlarda adı açıqlanmayan xarici dövlətin 6 agenti saxlanılıb.

Məlumatda bildirilir ki, həmin şəxslərdən 3-ü Antaliyada, digər 3-ü isə İstanbulda yaxalanıblar. Saxlanılan şəxslərdən xeyli sayda silah və sursat, habelə xeyli miqdar pul, hərbi və siyasi sahələrə aid olan məxfi məlumatlar əks edilmiş sənədlər götürülüb.

Rəsmi qurumlar saxlanılan agentlərin hansı ölkələrlə əlaqəli olduğu barədə məlumat vermirlər. Türkiyənin bəzi nəşrləri isə iddia edilir ki, saxlanılan 6 nəfərdən bir neçəsi İran və Yunanıstan kəşfiyyat orqanları ilə əlaqəli ola bilərlər.

Qeyd edək ki, son günlər Ankara ilə Tehran arasında gərginlik yaşanır. Belə ki, İran Türkiyənin Qafqazda güclənməsinə qarşı çıxaraq, bir neçə gün öncə sərhədlərini bağlayıb. Bunun ardından isə Türkiyə də analoji addımı ataraq, sərhədləri bağlayıb və İrana məxsus yük maşınlarının keçidinə də qadağa qoyub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button