Dünya

İstanbul terroruna görə Bolqarıstanda 5 nəfər saxlanıldı

Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində 6 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı 5 şübhəlini saxlayıb.

Jamaz.info TASS-a istinadla xəbər verir ki, saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslərin də olduğu qeyd edilir.

Bolqarıstan prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, 5 nəfərdən dördü 72 saat saxlanılıb və onların daimi həbsi üçün məhkəməyə tələb irəli sürülüb. İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button