Dünya

İsraildən İranla bağlı kritik mesaj: Bütün vasitələr masadadır

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün vasitələri müzakirə edir.

Jamaz.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət Tehranın istehsal etdiyi silahların yayılmasının qarşısını almaq üçün hərəkətə keçməlidir.

“İran hazırda ən azı 50 fərqli ölkəyə pilotsuz uçuş aparatları və raketlər də daxil olmaqla qabaqcıl silahların satılması üçün müzakirələr aparır”, – deyə nazir bildirib.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Qallant İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün vasitələrin masada olduğunu vurğulayıb: “Biz İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün mümkün vasitələri – təkrar edirəm, bütün mümkün vasitələri masada saxlamalıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button