Dünya

İsraildə ehtiyatda olan hərbçilər səfərbər edilir

İordan çayının qərb sahilində və Təl-Əvivdə baş verən hücumlarda 3 nəfərin ölümündən sonra İsrailin Baş naziri Binyamin Netanyahu ehtiyatda olan hərbçilərin səfərbər edilməsi barədə göstəriş verib.

Jamaz.info xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Bildirilib ki, İsrailin hökumət başçısı polisə sərhəd polisinin bütün ehtiyat hissələrini səfərbər etməyi tapşırıb və İsrail Müdafiə Ordusuna əlavə qüvvələrin səfərbər olunmasını əmr edib.

3 gün bundan əvvəl İsrailin Baş Qərargah rəisi də bölgədəki gərginlik fonunda Hava Qüvvələrində hava hücumundan müdafiə və hücum birləşmələrinə diqqət yetirməklə ehtiyatda olan hərbçilərin çağırılması barədə göstəriş vermişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button