Dünya

İsrail prezidentindən xəbərdarlıq: “Ölkə sosial çöküşün astanasındadır”

İsrail prezidenti Yitzhak Hersoq hüquqi islahatlar layihəsinə qarşı kütləvi etirazlar fonunda xalqa xüsusi müraciəti zamanı deyib ki, gücü iflic etmək olmaz.

Jamaz.info xəbər verir ki, bu haqda “The Times of Israel” məlumat yayıb.

“Heç bir güc iflic ola bilməz” deyən Hersoq, Netanyahu hökumətini etirazçıların “ağrı fəryadını eşitməyə” çağırıb.

Hersoq, həmçinin xəbərdarlıq edib ki, ölkə konstitusiya və sosial çöküşün astanasındadır.

Qeyd edək ki, islahatın əleyhdarları və etiraz aksiyalarının təşkilatçıları bütün rəğbət bəsləyənləri milli tətilə qoşulmağa çağırıblar – çağırış sosial şəbəkələrdə dərc olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button