Dünya

İsrail fövqəladə vəziyyət elan etdi, İransa “tezliklə görəcəksiz” mesajını yaydı

İranla İsrail arasında gərginlik yenidən pik həddə çatmaqdadır. JAMAZ.İNFO xəbər verir ki, Təl Əviv hökuməti dünən ölkədə fövqəladə vəziyyət elan edib.

Rəsmi qurumlar bu addımı “Hizbullah”ın dünən 340 raket atması və bunun davamının olacağı səbəbindən edildiyini vurğulayıb. Lakin fövqəladə vəziyyətin İranın mümkün hücumları ilə bağlı olduğu istisna edilmir. Bunu İsrail tərəfinin açıqlamasından da aydın görmək mümkündür. “Bu həftə bizim üçün çox qaynar keçəcək. İndidən hazırlıq görülməlidir”.

İran tərəfi isə daha bir mesaj yayaraq, HƏMAS lideri Haniyənin qisasının tezliklə alınacağını bildirib. SEPAH-ın komandanı Hüseyn Səlami deyib ki, tezliklə “şad xəbəri” hamı eşidəcək. “HƏMAS-ın keçmiş siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinin qisası ilə bağlı xoş xəbər eşidəcəksiniz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button