Dünya

İsrail-ABŞ masasında “İran məsələsi”: Vaşinqton generalı Təl-Əvivə göndərdi

İsrailin müdafiə naziri Yoav Qallant Təl-Əvivdə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə görüşüb.

Jamaz.info xəbər verir ki, bu barədə İsrail hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri general Milli ilə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ-İsrail əməkdaşlığının vacibliyini müzakirə edib.

Qallant həmçinin Milliə İsrailin təhlükəsizliyini qoruduğuna görə təşəkkür edib.

Qeyd edilib ki, amerikalı general regional təhlükəsizlik sahəsində məsələləri müzakirə etmək üçün xüsusi olaraq İsrailə gəlib. Bunlar ilk növbədə İran və Suriyadakı vəziyyətlə bağlıdır.

Aparılan müzakirələrin detalları açıqlanmayıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button