Dünya

İraq “Hizbullahı” Orta Asiyaya sızdı: SEPAH Daşkənd və Astananı hədəfə alıb  

İraqda fəaliyyət göstərən, “Kətaeb Hizbullah” adı ilə tanınan, lakin SEPAH-ın Qüds Qoşunlarının əsas hissəsi kimi qəbul edilən təşkilat Orta Asiyaya sızıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “İran İnternational” kanalı məlumat yayıb.

Bildirilir ki, “Kətaeb Hizbullah” SEPAH Qüds Qüvvələrinin dəstəyi ilə Özbəkistan və Qazaxıstanda yəhudi mərkəzlərinə qarşı son terror aktlarına görə məsuliyyət daşıdıqlarını açıqlayıblar. “Əvvəllər İraq və Suriyada fəaliyyət göstərən “Kataeb Hizbullah”, indi SEPAH-ın dəstəyi ilə Orta Asiyada fəaliyyət göstərir”.

Qeyd edək ki, bu silahlı dəstə Özbəkistan və Qazaxıstanda Seyid Həmid əl-Taciki kimi tanınan Məhəmməd Əli Burhanov adlı Tacikistan vətəndaşı vasitəsilə terror fəaliyyətləri həyata keçirib. Məlumatda deyilir ki, Burhanov və dəstəsi Mərkəzi Asiyada SEPAH-ın 400-cü Qüds Qüvvələrinin və Hüseyn Rəhmani kimi yüksək vəzifəli şəxslərin nəzarəti altında fəaliyyət göstərirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button