Dünya

İranlı ekspert: “Pezeşkiyanın Zəngəızur Dəhlizi məsələsinə yanaşması fərqli olmayacaq”

“Zəngəzur dəhlizi və Ermənistan sərhədləri təkcə İbrahim Rəisi hökuməti üçün deyil, həm də İranın yüksək rütbəli hərbi və siyasi rəhbərliyi üçün qırmızı xətt idi”. JAMAZ.İNFO xəbər verir ki, bunu iranlı ekspert Puya Hüseyni deyib.

O qeyd edib ki, onlar bu məsələnin İran üçün dəyişməz prinsip olduğunu dəfələrlə bəyan ediblər. “Yeni prezident də eyni xətti qorumalıdır”.

Hüseyni daha sonra bildirir ki, “Pantürkist ünsürlər İranın dövlət strukturlarına girməyə, həmin strukturlarda öz təsirlərini göstərməyə cəhd edə bilərlər. Lakin pantürkizmin İranda yeri yoxdur və belə bir təzahür baş verərsə, təkcə dövlət sistemi deyil, həm də bütün xalq bu elementlərin İranın təhlükəsizliyi ilə oynamasına imkan verməyəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button