Dünya

İranın Ermənistandakı səfiri sərhəddimizə gəldi

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zahuri və İranın hərbi attaşesi Bəhmən Sadiqi bu gün Azərbaycan-Ermənistan sərhəddinə səfər edib. JAMAZ.İNFO xebər verir ki, onlar ordu komandanı Araik Arutyunyanın müşayəti ilə Yuxarı Şorca kəndində olublar.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfir və attaşeyə sərhəddəki vəziyyət barədə məlumat verilib. Zahuri sərhəddə baş verənlərdən narahat olduqlarını, sərhədlə bağlı məsələlərin dinc və danışıqlar yolu ilə həll edilməsini arzuladıqlarını deyib.

İranın Ermənistandakı səfiri onu da deyib ki, Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq xalqların maraqlarına cavab verir. “İran bölgədə uzunmüddətli sülhün əldə edilməsi üçün zəruri olan bütün addımları atmağa hazırdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button