Dünya

İranda qaz bahalaşdı, taksilərə verilən güzəştli benzin də ləğv edildi

İranın yeni hökuməti əhaliyə və xidmət sektoru üçün nəzərdə tutulmuş güzəştlərin bir qismini ləğv etməyə qərar verib. JAMAZ.İNFO bildirir ki, bu güzəştlər əsasən taksi xidməti və təbii qaz istehlakı sahələrini əhatə edəcək.

Bildirək ki, İbrahim Rəisi president seçildikdən sonra bir sıra yeni güzəştlər nəzərdə tutulsa da, uzun müddətdir yararlanılan güzəştlərin işə yaramadığı qənaətinə gəlib. Bu güzəştlərdən biri taksi xidməti ilə bağlıdır. Belə ki, uzun illərdir İranda sərnişindaşımanın bir növü olan taksi xidmətində çalışan sürücülərə hər ay 300 litr güzəştli benzin verililirdi. Bu güzəşt benzinin real qiymətinin yarısını əhatə edirdi. Yəni, əgər benzin satışda 1 manatdırsa, taksi sürücülərinə hər ay 300 litr benzini 50 qəpiyə satırdılar.

Xatırladaq ki, İranda hazırda 1 litr benzinin qiyməti 3000 tümən və ya 18 qəpikdir. Taksilərə hər ay verilən benzinin qiyməti isə 1500 tümən və ya 9 qəpik təşkil edirdi.

Noyabrın 20-dən etibarən isə həmin güzəşt ləğv olunur. Bundan sonra taksi sürücüləri də benzini vətəndaşların aldığı qiymətdən almalı olacaqlar. Bu isə taksi ilə sərnişindaşımada qiymətlərin ən azı iki dəfə bahalaşmasına gətirib çıxaracaq.

Bundan başaqa, Tehran hökuməti əhalinin istehlak etdiyi təbii qazın da qiymətini 1 dekabrdan qaldırmaq qərarı verib. JAMAZ.İNFO xəbər verir ki, İranın neft naziri Cavad Oci bildirib ki, son bir ayda 540 milyon kum metr qaz istehlak olunub ki, bud a əvvəlki illərlə müqayisədə xeyli çoxdur. O deyib ki, payızda ölkədə bu qədər qaz istehlak olunursa, qışda rəqəmlərin ikiqat olacağı şübhəsizdir. “Ona görə də, qərara gəlmişik ki, əhalinin istehlak etdiyi təbii qazın qiymətini artıraq. Çünki əbəs yerə mavi yanacaqdan istifadə edənlər var. Bununla bağlı, 12 pilləli qiymət müəyyən etmişik. Onun icrasını həyata keçirəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button