Dünya

İranda naziri daşıyan helikopter qəzaya uğradı

İranda idman naziri Seyid Həmid Səcadi Həzavini daşıyan helikopter Baft şəhəri yaxınlığında eniş edərkən yerə qəzaya uğrayıb.

Jamaz.info IRNA agentliyinə istinadən xəbər verir ki, nəticədə bəzi sərnişinlər yaralanıb və tibb mərkəzlərinə aparılıb.

Şahidlər nazirin vəziyyətinin yaxşı olduğunu, onun və digərlərinin yüngül xəsarətlər alaraq xəstəxanaya aparıldığını deyiblər. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button