Dünya

İran və Rusiya qlobal təhlükəsizliyi təhdid edir

Böyük Britaniya Rusiya və İranın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiya tətbiq edib.

Jamaz.info xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ceyms Kleverli tviter səhifəsində məlumat yayıb.

“İran və Rusiyanın kirli ittifaqı qlobal təhlükəsizliyi təhdid edir. Birləşmiş Krallıq mülki hədəflərə qarşı çirkin hücumlara cavab olaraq Rusiya və İran rəsmilərinə qarşı sanksiya qoyur”, – deyə nazir yazıb.

Qeyd edək ki, bu ilin 24 fevral tarixində Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə hələ də davam edir. Bu müddət ərzində İranın Rusiyanı silah-sursatla təmin etməsi ilə bağlı müxtəlif məlumatlar açıqlanıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button