Dünya

İran təlimə başladı

Tehran Fars körfəzində Hörmüz boğazı sularında hərbi təlimlər keçirir. Bunu İran İslam Respublikası Ordusu komandanının müavini Həbibullah Sayari deyib.

Jamaz.info  xəbər verir ki, onun sözlərini “Radio Farda” sitat gətirir.

İran ordusu piyada, zirehli bölmələr, İran Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin iştirak etdiyi təlimlərin əməliyyat mərhələsinin dekabrın 30-u səhər saatlarında başladığını vurğulayıb. Qeyd edilib ki, döyüş pilotsuz uçuş aparatları (PUA) ordunun manevrlərində fəal iştirak edib. Nəşr yazır ki, Tehran Hörmüz boğazında İran ordusunun təlimlərini “Zülfiqar 1401” adlandırıb.

2021-ci ildə Amerikanın “The Sun” qəzeti üçüncü dünya müharibəsinin başlaya biləcəyi yerləri göstərən dünya xəritəsini çəkdi. Müəlliflərin fikrincə, Hörmüz boğazının sularında qlobal dünya hərbi münaqişəsi başlaya bilər. Bundan əvvəl İran Hərbi Dəniz Qüvvələrinə məxsus 13 gəmi Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə yaxınlaşdıqdan sonra ABŞ Sahil Mühafizəsinin gəmisi təxminən 30 xəbərdarlıq atəşi açıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button