Dünya

İran-Pakistan sərhəddində atışma: 5 əsgər ölüb

Dünən İran-Pakistan sərhəddində silahlı insident qeydə alınıb. JAMAZ.İNFO xəbər verir ki, hadisə İranın Sistan-Bəllucustan vilayətinin Saravan şəhəri yaxınlığında qeydə alınıb.

Belə ki, Pakistan-İran sərhəddini keçən bir qrup silahlı şəxs sərhəddəki İran sərhəddçilərinə hücum ediblər. İki saat davam edən atışmada 5 İran əsgəri öldürülüb, biri isə yaralanıb.

İranın Fəraca sərhəd mühafizəsi komandiri, briqada komandiri Əhməd Əli Qudarzi deyib ki, onlar baş verənlərdən hiddətləniblər. “Biz qonşu ölkələrə xəbərdarlıq edirik ki, mehriban qonşuluğa riayət etsinlər. Bizim də səbrimizin bir həddi var. Onlar öz ölkələrinin daxilində tədbir görsünlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button