Dünya

İran Hizbullaha yardım etməkdən imtina edib

Yaxın Şərqdə baş qaldırmış problem ciddi şəkil almağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, İsrail HƏMAS problemini həll etdikdən sonra Livanda Hizbullaha qarşı əməliyyatlara başlayıb.

Qeyd edək ki, İsrail ordusu qısa müddətdə Hizbullahın bir çox önəmli fiqurlarını hədəfə almaqla yanaşı, Livandakı mövqelərini də sıradan çıxarmağa başlayıb. Baş nazir Benyamin Netenyahu isə bəyan edib ki, bu hələ başlanğıcdır. “HƏMAS kimi Hizbullahı da bitirəcəyik”.

Bu əsnada məlum olub ki, İsrail ordusu “Hizbullah”ın komandirlərindən biri İbrahim Qubaisini dünən öldürüb. İranla Hizbullah arasında əsas əlaqələndiricilərdən biri hesab olunan Qubaisinin ölüm faktı elə təmsil etdiyi hərəkat tərəfindən də təsdiqlənib.

Ən maraqlı məlumatı isə “Axios” yayıb. Sayt iddia edib ki, Hizbullah İrandan İsrailə hücum etməyi xahiş etsə də, İran müsbət cavab verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button