Dünya

İrəvanda Qarabağdan köçənlərə vəzifə verilməsi yasaqlanıb: “Süpürgəçi, bərbər…”

Ermənistanda Qarabağdan köçən ermənilərə vəzifə verilməsi qadağan edilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, İrəvan hökuməti Xankəndidən köçmüş ermənilərə yalnız kiçik vəzifələr verilə biləcəyi barədə şifahi göstəriş verib. “Onlar savadlı, istedadlı olsalar belə, vəzifə ilə təmin edilə bilməzlər. Əsasən xidmət sektorunda çalışa bilərlər ki, burada da yüksək vəzifədən söhbət gedə bilməz. Süpürgəçi, bərbər, hoteldə “respşn” kimi”.

“Past” daha sonra qeyd edir ki, Qarabağdan köçən ermənilərdən Ermənistan vətəndaşlığını qəbul etmələri tələb olunur. “Bu, o deməkdir ki, Qarabağdan köçən ermənilərin geri qayıtması baş verməyəcək. Onlar Ermənistan vətəndaşlığı aldıqdan sonra Azərbaycan heç bir şəkildə onları qəbul etməyəcək. Bunun üçün hüquqi əsası da olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button