Dünya

İrəvan meri bu axşam istefa verəcək

İrəvan meri Hraçya Sarkisyan bu gün istefa verdiyini elan edəcək.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazır.

KİV-in məlumatına görə, axşam saatlarında inzibati rayonların rəhbərləri, meriyanın departament və departament rəhbərləri İrəvan meriyasına gələcəklər və Sarkisyan vida nitqi ilə müraciət edəcək.

“Dünəndən etibarən mətbuatda İrəvan meri Hraçya Sarkisyanın istefaya getməsi ilə bağlı şayiələr dolaşır. Nə Ağsaqqallar Şurasının üzvləri, nə də meriyanın mətbuat xidməti bu xəbəri təsdiqləyir. Onlar yalnız açıq-aydın məlumatlara malik olmadıqlarını bəyan edirlər və istefalarını rəsmən elan etməyənə qədər bu barədə heç nə deyə bilməzlər.

Əldə etdiyimiz məlumata görə, Sərkisyanın təyin etdiyi kadrlar da istefa ərizəsi yazıb. Xatırladaq ki, İrəvan merinin seçkiləri sentyabr ayına təyin edilib, hazırda növbədənkənar seçkilərlə bağlı qərar yoxdur”, – məlumatda deyilir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button