Dünya

İrəvan Afrika ölkələri ilə əlaqələri genişləndirmək istəyir

“Ermənistan Afrika qitəsindəki diplomatik nümayəndəliklərinin coğrafiyasını genişləndirməyi planlaşdırır”.

Jamaz.info  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.

“2024-cü ilə qədər bunu çatdıraçağımıza əmin deyiləm. Bununla belə, artıq Misirdə – Qahirədə diplomatik nümayəndəliyimiz və Efiopiyada daimi nümayəndəliyimiz var”, – o deyib.

“Keniya və Cənubi Afrika Respublikasında diplomatik nümayəndəlik açmağı planlaşdırırıq”, – nazir əlavə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button