Dünya

İngiltərə də “Bayraktar” sifariş etdi

44 günlük Qarabağ müharibəsində böyük nəticələrə imza atan və bütün dünyanın dilinə düşən “Bayraktar” Pilotsuz Uçuş Aparatları (PUA) üçün Avropanın bir çox ölkələrinin diqqət mərkəzinə düşüb. JAMAZ.İNFO xəbər verir ki, Türkiyə istehsalı olan “Bayraktar”ları orduları üçün almaq istəyənlər üçün iri və nüfuzlu dövlətlər də var.

Son məlumatlara görə, Ukrayna və Qazaxıstandan sonra türk PUA-larını almaq üçün Türkiyəyə sifariş vermək üçün müraciət edən dövlətlər arasında İngiltərə də var. Bundan başqa, Serbiya da Ankara ilə danışıqlar aparmaq üçün hazırlıqlara başlayıb. Bolqarıstan isə qısa müddətdə “Bayraktar” sahibi olmaq üçün Türkiyəyə “elçi”lərini göndərib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button