Dünya

İmran Xanın partiyasının fəaliyyəti qadağan olunur

Pakistanın keçmiş baş naziri İmran Xanın lideri olduğu Pakistan Təhriki-İnsaf Partiyasının fəaliyyəti qadağan oluna bilər.

Jamaz.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

“Partiyanın fəaliyyətinin qadağan edilməsi hazırda nəzərdən keçirilir. Bu siyasi qüvvə dövlətin əsasına hücum edib. İndiyə qədər belə bir şey olmamışdı. Buna dözmək olmaz”, – o qeyd edib.

Məlumat üçün bildirək ki, İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. Siyasətçinin həbsi ölkənin iri şəhərlərində, o cümlədən Abottabad, İslamabad, Lahor, Peşavar, Ravalpindi, Sialkot, Feysəlabad və Haripurda kütləvi nümayişlərə səbəb olub. Eyni zamanda, bəzi regionlarda nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verib. Mayın 12-də Pakistan Ali məhkəməsi siyasətçinin həbsini qanunsuz hesab edərək onu azadlığa buraxıb.

Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button