Dünya

İlk “Abrams” tankları sentyabrda Ukraynaya çatdırılacaq

ABŞ sentyabrda ilk “Abrams” tanklarının Ukraynaya gəlməsini  planlaşdırır.

Jamaz.info xəbər verir ki, bu barədə “Politico” hərbi mənbələrə istinadən məlumat yayıb.

ABŞ-ın tank tədarük planı ilə tanış olan bir neçə mənbəyə görə, “Abrams”lar sentyabrda Ukraynaya gətiriləcəklər. Avqustda Almaniyaya bir neçə “Abrams” tankının göndərilməsi planlaşdırılır ki, orada onlar son təmir və modernləşdirmədən keçəcəklər. Bu proses başa çatdıqdan sonra “Abrams”ın ilk partiyasının Ukraynaya göndəriləcəyi planlaşdırılır.

Nəşrin yazdığına görə, Bayden administrasiyası əks-hücum əməliyyatına kömək etmək və uzunmüddətli perspektivdə ölkənin müdafiəsini gücləndirmək üçün vəd edilmiş silahların daha çoxunu Ukraynaya ən qısa zamanda çatdırmaq niyyətindədir. İlk partiyanın altı-səkkiz tankdan ibarət olacağı bildirilir. Ümumilikdə ABŞ Ukrayna Silahlı Qüvvələri üçün 31 tank göndərməyi planlaşdırır.

“Biz onları (tankları) mümkün qədər tez Ukraynaya çatdırmaq üzərində işləyirik. Müharibə bölgələrində bu texnikalara böyük ehtiyac olduğunu bilirik və ən qısa zamanda onları Kiyevə təhvil verməyi düşünürük”, – deyə Pentaqonun sözçüsü polkovnik Martin O’Donnell bildirib.

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tankların istismarına başlamazdan əvvəl Almaniyadakı “Grafenwöhr” Ordu Bazasında 31 təlim tankı üzrə 10 həftəlik təlim kursunu keçməlidir. Pentaqondakı mənbənin sözlərinə görə, ukraynalı tankçılar “Abrams” təlimlərini avqustda başa vurmalıdırlar.

Mənbələrə görə, ilk tanklar hətta avqust ayında Ukraynaya gələ bilər, lakin bu tarixlər həddən artıq optimistdir.

Xatırladaq ki, ABŞ Ukraynaya 31 “Abrams” tankını təhvil verəcəyini vəd etmişdi. Əvvəlcə Vaşinqton “M1A2” versiyasının təhvil verildiyini elan etdi, lakin sonradan çatdırılma müddətlərinin uzun olması səbəbindən “M1A1” versiyasını təqdim etmək qərarı verdi.(Bizimyol.info)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button