Dünya

Hökumətdən təklif – Paşinyana yeni səlahiyyət verilsin

Ermənistan hökuməti hakimlərin təyinatında baş nazirə əlavə səlahiyyətlərin verilməsini təklif edib.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, təşəbbüs hazırda parlamentdə müzakirə olunur.

Təklifə əsasən, o cümlədən Nazirlər Kabinetinin rəhbəri öz qərarları ilə hakimlərin təyin edilməsi prosedurunu və namizədlərə qoyulan tələbləri tənzimləyə biləcək.

Müxalifət buna qarşıdır. “Hayastan” fraksiyasının katibi Artsvik Minsyan hesab edir ki, yenilik beynəlxalq məhkəmələrə namizədlərin seçilməsində şəffaflığa xələl gətirə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button