Dünya

Hindistan Çinlə sərhədə qoşun yığdı

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaişankar ölkəsinin Çinlə sərhədə əvvəlkindən daha çox əsgər yerləşdirdiyini bildirib.

Jamaz.info xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti yazıb.

Hindistanlı diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri xeyli artmış Çin qoşunlarının yerləşdirilməsinə qarşı çıxmaq üçün edilib.

Jaişankar, həmçinin vurğulayıb ki, Hindistan dövlətinin və ölkə hərbçilərinin vəzifəsi demarkasiya edilmiş sərhəd olmadığı halda iki ştatı ayıran “birtərəfli qaydada faktiki nəzarət xəttini dəyişməyə” icazə verməməkdir.

Bundan əvvəl Hindistanın Arunaçal-Pradeş ştatının Tavanq sektorunda Hindistan və Çin qoşunlarının toqquşduğu bildirilmişdi. Hər iki ordunun bir neçə üzvü yaralanıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button