Dünya

“Heç kimdən icazə almadım”

“Mən kiminləsə, haradasa, nə vaxtsa görüşəndə heç kimdən icazə almıram”.

Jamaz.info xəbər verir ki, bunu Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən Misir prezidenti ilə Qətərdə görüş keçirdim. Heç kimdən icazə almadım. Suriya məsələsində də atacağımız addımlarda təyinedici xüsusiyyət milli maraqlarımız olacaq. Mən kiminləsə, haradasa, nə vaxtsa görüşəndə heç kimdən icazə almıram”, – deyə Türkiyə prezidenti söyləyib.

Ərdoğan, həmçinin Almaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndiriləcəyini vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button