Dünya

Hakan Fidan Lavrovla taxıl sazişini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Jamaz.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Söhbət zamanı taxıl sazişinin gələcəyi və meşə yanğınlarında istifadə olunacaq yanğınsöndürmə təyyarələrinin Rusiyadan alınması müzakirə edilib.

Qeyd edək ki, ötən gün Rusiya Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edib və bu səbəbdən sazişdən çıxdığını açıqlayıb. Bununla belə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın sazişə qayıtması şərtini açıqlayıb. Ötən gün mətbuata açıqlama verən Putinin sözçüsü deyib ki, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən zaman Moskva dərhal taxıl sazişinə qayıdacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button